Yuxarı

​Yəməndə 20 nəfər ötən gecəki atışmaların qurbanı olub

Xalq Müqavimət Komitələri də silahlı müqavimətə başlayıb

Bakı. 9 aprel. REPORT.AZ/ Yəməndə prezident Abdurabbu Mansur Hadini dəstəkləyən Xalq Müqavimət Komitələri ilə husi qiyamçıları arasında ötən sutkada baş verən döyüş nəticəsində çoxu uşaq olmaqla 20 nəfər öldürülüb, 70-i yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Xəbərə görə, Yəmənin ikinci böyük şəhəri Ədənin şimalındakı əl-Mansur, Dar-Saad, Şeyx Osman rayonlarında müqavimətçilərlə husilər arasında bir neçə saatlıq davamlı döyüş nəticəsində ölən və yaralananlar olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi