Yəməndə 2,5 milyon insan içməli sudan məhrum olub

Yəməndə 2,5 milyon insan içməli sudan məhrum olub Buna ölkənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən mühasirəyə alınması səbəb olub
Digər ölkələr
21 Noyabr , 2017 08:41
Yəməndə 2,5 milyon insan içməli sudan məhrum olub

Bakı. 21 noyabr. REPORT.AZ/ Yəmənin paytaxtı Səna şəhəri və Əl-Bayda əyalətinin eyniadlı mərkəzi ölkənin təmiz su olmayan yaşayış məntəqələri siyahısına qoşulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi İolanda Jakmeyə istinadən "Reuters" məlumat yayıb.

"Bu gün Səna və Əl-Bayda da siyahıya qoşulub. Su kəmərinin işinin dayanmasına Yəmənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən mühasirəyə alınmasına görə nasos stansiyaları üçün yanacağın olmaması səbəb olub", - deyə Jakme qeyd edib.

Bildirilir ki, ölkənin sıx məskunlaşan şəhərlərində təqribən 2,5 milyon yəmənli içməli susuz qalıb.

Son xəbərlər

Orphus sistemi