Yəmənda Qətər ordusunun əsgəri həlak olub

Yəmənda Qətər ordusunun əsgəri həlak olub Qətər rəsmiləri əsgərin hansı şəraitdə öldüyü haqda məlumat verilməyiblər
Digər ölkələr
11 Noyabr , 2015 21:00
Yəmənda Qətər ordusunun əsgəri həlak olub

Bakı. 11noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin tərkibində Yəməndə döyüşlərdə iştirak edən Qətər hərbi qüvvələrinin əsgəri qətlə yetirilib.

"Report"u "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Qətər rəsmiləri həlak olan əsgərin Məhəmməd Həmid Suleyman olduğunu açıqlasalar da əsgərin hansı şəraitdə öldüyü haqda məlumat verilməyiblər.

BMT-nin yaydığı son məlumata əsasən mart ayından bu günə kimi Yəməndə 5 600 dinc sakin öldürülüb.

Husi üsyançıları ilə döyüşlərdə, həmçinin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər koalisiya üzvlərinin onlarla əsgəri həlak olub.

Son xəbərlər

Orphus sistemi