Yuxarı
    Bağlamaq

    ​Yəmən xəstəxanalarında dərman preparatları bitmək üzrədir

    Ölkə əhalisinin həyati vacib tələbatının ödənilməsi üçün 300 milyon dollarlıq humanitar yardıma ehtiyacı var

    Bakı. 20 aprel. REPORT.AZ/ Yəmənin Ədən şəhərindəki xəstəxanalarda həyati vacib dərman preparatları bitmək üzrədir.

    "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

    Həkimlər deyib ki, normal şəkildə müalicə olunmadıqları üçün xəstələr ölürlər. Tibb işçiləri bildirib ki, xəstələrin sayı çox olduğundan onları müalicə edə bilmirlər: "Təcili olaraq antibiotiklərə və sarğı ləvazimatlarına ehtiyac var".

    BMT-nin humanitar yardımla bağlı çağırışından sonra Səudiyyə Ərəbistanı Yəmənə bu məqsədlə köməklik edəcəyini vəd edib.

    Məlumata görə, indiki şəraitdə ölkə əhalisinin həyati vacib tələbatının ödənilməsi üçün 300 milyon dollarlıq humanitar yardıma ehtiyacı var.

    Xatırladaq ki, BMT-nin hesabatına əsasən, Yəməndə martın 19-dan aprelin 12-dək baş verən silahlı münaqişə nəticəsində 731 dinc sakin ölüb, 3 minə yaxını isə yaralanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi