​Yəmən və Səudiyyə Ərəbistanı sərhədində toqquşmalar başlayıb

​Yəmən və Səudiyyə Ərəbistanı sərhədində toqquşmalar başlayıb Hərbi əməliyyatlar Katof regionu ərazisində gedir
Digər ölkələr
3 Aprel , 2015 22:56
​Yəmən və Səudiyyə Ərəbistanı sərhədində toqquşmalar başlayıb

Bakı. 3 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Ordusu Yəmən ilə sərhəddə üsyançı husilərlə silahlı toqquşmaya başlayıb.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən RİA "Novosti" məlumat yayıb.

Hərbi əməliyyatlar "Alb" sərhəd-keçid məntəqəsində və Katof regionu ərazisində aparılır.

Məlumata görə, Səudiyyə Ordusu döyüşləri vertolyotların mühafizəsi altında aparır, həmçinin hərbi əməliyyatlarda "Katyuşa"lardan istifadə olunur.

Son xəbərlər

Orphus sistemi