Yəmən sularında İran gəmisi saxlanılıb

Yəmən sularında İran gəmisi saxlanılıb Gəmi Ədən körfəzi yaxınlığında müşahidə olunub
Digər ölkələr
31 Oktyabr , 2016 23:00
Yəmən sularında İran gəmisi saxlanılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Yəməndə ölkənin su sərhədlərinə qanunsuz daxil olan İran gəmisi saxlanılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Yəmənin SABA agentliyi məlumat yayıb.

Gəmi Ədən körfəzi yaxınlığında saxlanılıb. Heyət üzvləri dindirilmək üçün Sokotra rayonundakı 1-ci Dəniz Piyada Briqadaları Komandanlığına təslim edilib.

İran tərəfi hadisə ilə bağlı hələ ki, bir açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi