Yəmən sahillərində neft tankerinə hücum olub

Yəmən sahillərində neft tankerinə hücum olub Gəmiyə üç reaktiv qumbara atılıb
Digər ölkələr
31 May , 2017 22:42
Yəmən sahillərində neft tankerinə hücum olub

Bakı. 31 may. REPORT.AZ/ Qırmızı dənizin Yəmən sahillərində naməlum şəxslər tərəfindən neft tankerinə hücum olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının "EU NAVFOR" missiyası məlumat yayıb.

"EU NAVFOR təsdiq edə bilər ki, bu gün erkən saatlarda üç nəfər qayıqla Bab-əl-Məndəb boğazının cənub hissəsində Marşal Adaları bayrağı altında üzən neft tankerinə atəş açıb", - deyə missiyanın saytına yerləşdirilən məlumatda bildirilir.

Gəmiyə tərəf üç reaktiv qumbara atılıb, ardınca canilər ərazidən uzaqlaşıb. Tanker hazırda öz yoluna davam edir.

Missiya hadisənin təfərrüatlarını araşdırır. İlkin qiymətləndirməyə görə, hücum piratlar tərəfindən edilib və Yəməndəki hərbi əməliyyatlarla əlaqəlidir.

Son xəbərlər

Orphus sistemi