Yəmən qiyamçıları Ərəb koalisiyasının minlərlə əsgərini əsir götürüb

Yəmən qiyamçıları Ərəb koalisiyasının minlərlə əsgərini əsir götürüb Yəmənin üsyançı Ənsar Allah (husilər) hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanı ilə sərhəddəki Najran əyalətində iri miqyaslı hərbi əməliyyatın keçirildiyini bildiriblər.
Digər ölkələr
28 Sentyabr , 2019 19:36
Yəmən qiyamçıları Ərəb koalisiyasının minlərlə əsgərini əsir götürüb
Foto: "AFP"

Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanı ilə sərhəddəki Najran əyalətində iri miqyaslı hərbi əməliyyatın keçirildiyini bildiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Press TV" telekanalının efirində "Ənsar Allah"ın silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Yəhya Saria bildirib.

O, qeyd edib ki, əməliyyat zamanı Ərəb koalisiyasının minlərlə əsgəri əsir götürülüb, habelə yüzlərlə nəqliyyat vasitəsi ələ keçirilib.

Ərəb koalisiyası xəbəri hələ ki təsdiq, nə də təkzib edib.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə üsyançı husilər arasında hərbi qarşıdurma davam edir.

Son xəbərlər

Orphus sistemi