Yəmən prezidenti ölkə əhalisini husilərə müqavimət göstərməyə çağırıb

Yəmən prezidenti ölkə əhalisini husilərə müqavimət göstərməyə çağırıb Mansur Hadi keçmiş prezidentin ölümü ilə bağlı başsağlığı verib
Digər ölkələr
5 Dekabr , 2017 00:51
Yəmən prezidenti ölkə əhalisini husilərə müqavimət göstərməyə çağırıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Yəmən prezidenti Əbd Rabbu Mansur Hadi ölkə əhalisinə müraciətlə çıxış edərək onları hüsilərə qarşı müqavimət göstərməyə çağırb.

“Report” xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

"Yəmən xalqını terror qruplaşmasının əsarəti altında olan bütün əyalətlərdə üsyan qaldırmağa, husilərə müqavimət göstərməyə çağırıram", — deyə Mansur Hadi bildirib.

O həmçinin ölkənin keçmiş prezidenti Əli Abdulla Salehin ölümü ilə bağlı başsağlığı verib.

Mətbuatda keçmiş prezidentin öldüyü, husilərin isə paytaxt Sənanı tamamilə öz nəzarətləri altına aldığı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi