​Yəmənin martda ölkədən qaçmış prezidenti geri qayıdıb

​Yəmənin martda ölkədən qaçmış prezidenti geri qayıdıb O, Ədənə Səudiyyənin hərbi təyyarəsi ilə gəlib
Digər ölkələr
23 Sentyabr , 2015 05:02
​Yəmənin martda ölkədən qaçmış prezidenti geri qayıdıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Yəmən prezidenti Əbd Rabbo əl-Mənsur Hadi cari ilin mart ayında Səudiyyə Ərəbistanına qaçdıqdan sonra geri qayıdıb.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın BBC Teleradio Şirkətinə istinadən "İnterfax" məlumat yayıb.

O, Ədənə Səudiyyənin hərbi təyyarəsi vasitəsi ilə gəlib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyası martın 26-dan başlayaraq Yəməndə üsyançı husilərə qarşı hərbi əməliyyatlar aparırlar. Əməliyyatlar başlayan vaxtdan Yəməndə 4 min 900 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi