Bakı. 18 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın husilərin mövqelərinə aviazərbələri bərpa etməsinə baxmayaraq, Yəmən silahlı qüvvələri atəşkəs rejiminə riayət etməkdə davam edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yəmən Respublikası silahlı qüvvələrinin nümayəndəsi polkovnik Şərəf Qaleb Lakman dünən Sanada keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. Bununla da o, mayın 12-də elan olunan atəşkəs rejiminin
"Biz BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Uld Şeyx Əhmədin ölkəyə humanitar yardımın fasiləsiz çatdırılması məqsədilə atəşkəs rejiminin uzadılmasına dair çağırışlarını alqışlayırıq", - polkovnik deyib.
Lakman vurğulayıb ki, Yəmən ordusu atəşkəsə riayət etməkdə davam edəcək. Bununla yanaşı, o, atəşkəsin pozulmasına görə bütün məsuliyyəti Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin üzərinə qoyub.