Yəmən Körfəz dövlətlərini huti qiyamçılarının qarşısını almağa çağırdı

Yəmən Körfəz dövlətlərini huti qiyamçılarının qarşısını almağa çağırdı Hutilər ölkənin üçüncü böyük şəhəri Taizi işğal etdikdən sonra Ədən şəhərinə yaxınlaşıblar
Digər ölkələr
24 Mart , 2015 05:39
Yəmən Körfəz dövlətlərini huti qiyamçılarının qarşısını almağa çağırdı

Bakı. 24 mart. REPORT.AZ/ Yəmən rəsmiləri Körfəz dövlətlərinə huti qiyamçılarının qarşısını alma çağırışı edib. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bir sıra sünni Ərəb dövləti tərəfindən yaradılan "Yarımada Qalxanı" adlı hərbi birləşmələrin Yəmənə yeridilməsinin vacibliyini vurğulayan bu ölkənin Xarici Işlər Naziri Riyad Yasin, "Əks təqdirdə Yəməndə geniş miqyaslı vətəndaş müharibəsi başlaya bilər" deyə bildirdi.

Qeyd edək ki, Hutilər ötən ay prezident Mansur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, dövlət başçısı qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınıb. 

Hutilərin fəallaşması sünni Körfəz ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanını narahat edib. Səudiyyə Ərəbistanın xarici işlər naziri bəyan edib ki, Körfəz ölkələri prezident Hadi-nin tərəfində münaqişəyə müdaxilə edə bilər.

Son xəbərlər

Orphus sistemi