Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar

Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.
Digər ölkələr
9 Dekabr , 2023 20:50
Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar

Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.

“Report” xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalında bildirib.

“Yəmən Silahlı Qüvvələri hansı ölkəyə mənsub olduqlarından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidini əngəlləyəcəklərini bildiriblər. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, belə gəmilər hərbi qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək”-deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi