​Yəmən hökuməti və qiyamçılar danışıqlar aparmağa razılıq verib

​Yəmən hökuməti və qiyamçılar danışıqlar aparmağa razılıq verib Deyfalla əş-Şami: "Biz heç bir ilkin şərt olmadan danışıqlar masası arxasında oturmağa hazırıq"
Digər ölkələr
5 İyun , 2015 17:36
​Yəmən hökuməti və qiyamçılar danışıqlar aparmağa razılıq verib

Bakı. 5 iyun. REPORT.AZ/ Yəmən hökuməti və husi qiyamçıları İsveçrənin Cenevrə şəhərində ölkədəki böhrana həsr edilən məsləhətləşmədə iştiraka razılıq verib.

"Report" xəbər verir ki, Yəmənin informasiya naziri vəzifəsini icra edən İzzəddin əl-Asbahi bu məlumatı təsdiqləyib.

Husi qiyamçılarının təmsilçisi Deyfalla əş-Şami öz növbəsində bildirib: "Biz heç bir ilkin şərt olmadan BMT-nin təklifi ilə Cenevrədə keçiriləcək danışıqlar masası arxasında oturmağa hazırıq".

Bir müddət öncə Yəmənin xarici işlər naziri Riyad Yasin bildirmişdi ki, təmsil etdiyi hökumət bu il iyunun 14-də münaqişənin tənzimlənməsi üzrə Cenevrədə keçiriləcək danışıqlara başlamağa hazırdır.

Son xəbərlər

Orphus sistemi