Yəmən hökuməti Taiz şəhərində nəzarəti ələ keçirib

Yəmən hökuməti Taiz şəhərində nəzarəti ələ keçirib Hökumət qoşunları şəhərin bütün girişlərinə nəzarət edir
Digər ölkələr
12 Mart , 2016 20:46
Yəmən hökuməti Taiz şəhərində nəzarəti ələ keçirib

Bakı. 12 mart. REPORT.AZ/ Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadiyə sadiq qüvvələr Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının dəstəyi ilə bir ilə yaxındır “Ənsar Allah” hərəkatının (husilər) əlində olan Taiz şəhərini nəzarətə götürüb.

“Report” xəbər verir ki, bu barədə BƏƏ-də yayımlanan "Əl-Arabiyyə" radiostansiyasına müsahibəsində Səudiyyə Ərəbistanının müdafiə nazirinin müşaviri Əhməd əl-Əsiri məlumat verib.

Taiz Yəmənin üçüncü ən böyük şəhəridir. Husilər onu ötən il martın 22-də ələ keçirmişdilər.

"İndi Taiz tam olaraq hökumət qüvvələrinin əlindədir. Onlar şəhərin bütün girişlərinə nəzarət edirlər", — deyə Əl-Əsiri bildirib.

Son xəbərlər

Orphus sistemi