Yəmən hökuməti strateji şəhərə nəzarəti bərpa edib

Yəmən hökuməti strateji şəhərə nəzarəti bərpa edib Yəmənin prezident Əbd Rəbbu Mənsur Hadinin başçılıq etdiyi beynəlxalq miqyasda tanınan hökumətə bağlı hərbi qüvvələr dünəndən başlayan və bu gün səhər başa çatan qanlı döyüşlər nəticəsində ölkənin neftlə zəngin Şəbva əyalətinin paytaxtı Ətaq şəhərini BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasından geri alıb.
Digər ölkələr
23 Avqust , 2019 20:41
Yəmən hökuməti strateji şəhərə nəzarəti bərpa edib

Yəmənin prezident Əbd Rəbbu Mənsur Hadinin başçılıq etdiyi beynəlxalq miqyasda tanınan hökumətə bağlı hərbi qüvvələr dünəndən başlayan və bu gün səhər başa çatan qanlı döyüşlər nəticəsində ölkənin neftlə zəngin Şəbva əyalətinin paytaxtı Ətaq şəhərini BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasından geri alıb.

“Report” bu barədə AP-yə istinadən xəbər verir. 

Yerli mənbələrin “Al Jazeera”ya bildirdiyinə görə, döyüşlərdə ölən və yaralananlar var.

Ötən gün hökumət sözçüsü Rəcəh Badi separatçıların Ətaq şəhərini tutması ilə bağlı Birləşmiş Ərəb Əmirliklərini ittiham etmişdi.

Son xəbərlər

Orphus sistemi