Yəmən hakimiyyəti və Keçid Şurası sülh razılaşmasına nail olub

Yəmən hakimiyyəti və Keçid Şurası sülh razılaşmasına nail olub Yəmən hökuməti və Səudiyyə Ərəbistanının himayəsi altında Cənubi Yəmənin Keçid Şurasının qüvvələri sülh razılaşmasına nail olub.
Digər ölkələr
25 Oktyabr , 2019 08:37
Yəmən hakimiyyəti və Keçid Şurası sülh razılaşmasına nail olub

Yəmən hökuməti və Səudiyyə Ərəbistanının himayəsi altında Cənubi Yəmənin Keçid Şurasının qüvvələri sülh razılaşmasına nail olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə krallıqdakı mənbələrə istinadən Səudiyyə Ərəbistanının "Aş-Şark əl-Ausat" qəzeti bildirib.

"Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya şimal və cənub əyalətlərinin bərabər təqdim olunduğu 24 nazirdən ibarət hökumətin formalaşmasını nəzərdə tutan Ər-Riyad razılaşmasının reallaşdırılması üzrə birgə komitəyə başçılıq edəcək. Bu halda cənubun problemi siyasi danışıqlar yolu ilə həll ediləcək", - deyə mənbələr bildirib. 

Daha əvvəl Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanı ilə sərhəddəki Najran əyalətində iri miqyaslı hərbi əməliyyatın keçirildiyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi