​Yəmən əhalisi ərzaq ehtiyatı toplayır

​Yəmən əhalisi ərzaq ehtiyatı toplayır İri dükanların önundə uzun növbələr yaranıb
Digər ölkələr
4 Aprel , 2015 16:15
​Yəmən əhalisi ərzaq ehtiyatı toplayır

Bakı. 4 aprel. REPORT.AZ/ Yəməndə əhali ərzaq ehtiyatı toplamağa başlayıb. "Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Xəbərə görə, ölkədəki silahlı münaqişə iqtisadiyyatdan ictimai həyatadək bütün sahələrə öz təsirini göstərib. Un, şəkər, makaron kimi gündəlik tələbat mallarını almaq üçün uzun növbələr yaranıb. Maddi vəziyyəti yaxşı olanlar belə malları ikiqat bahasına almaq istəslər də, növbədə durmalı olurlar.

Ərzaq malları, meyvə və göyərtinin qiymətləri bahalanıb.

Silahlı münaqişəyə görə neft hasilatı və nəqlinin kəsilməsi böyük şəhərlərdə elektirik enerjisinin kəsilməsi ilə yanaşı bir çox problemlər yaradıb.

Səna, Taiz, İbb, Hudeydə və Ədən kimi iri şəhərlərdə dünəndən yanacaqdoldurma məntəqələri önündə avtomobillərdən ibarət uzun növbə sıralanıb. 

Son xəbərlər

Orphus sistemi