“Yeddilər qupunun” liderləri Almaniyaya toplaşırlar

“Yeddilər qupunun” liderləri Almaniyaya toplaşırlar BMT-nin baş katibi və Beynəlxalq Valyuta Fondunun direktoru sammitə qonaq qismində dəvət olunublar
Digər ölkələr
7 İyun , 2015 05:22
“Yeddilər qupunun” liderləri Almaniyaya toplaşırlar

Bakı. 7 İyun. REPORT.AZ/ İyunun 7-də Almaniyada “Yeddilər qupunun” (G7) sammiti işə başlayacaq.

"Report" TASS-A istinadən xəbər verir ki, sammit Bavariya Alplarındakı Elmau qəsrində keçiriləcək. Almaniya kansleri Angela Merkelin dəvəti ilə buraya ABŞ Prezidenti Barak Obama, Fransa Prezidenti Fransua Olland, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın baş nazirləri Devid Kemeron, Matteo Pentsi, Stiven Xarper və Sindzo Abe toplaşacaqlar. Aİ institutlarını Avrokomissiyanın və Avropa İttifaqı Şurasının sədrləri Jan-Klod Yunker və Donald Tusk təmsil edəcəklər.

BMT-nin baş katibi Pan Gi Mun və Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard sammitə qonaq qismində dəvət olunublar.

G7 çərçivəsində Efiopiya, Liberiya, Nigeriya, Seneqal, Tunis, Cənubi Afrika Respublikası və İraq rəhbərliyinin təmsilçiləri ilə görüş keçiriləcək.

Son xəbərlər

Orphus sistemi