Yaxın zamanda Eyfel qülləsində əsaslı dəyişikliklər gözlənilir

Yaxın zamanda Eyfel qülləsində əsaslı dəyişikliklər gözlənilir Bakı. 30 yanvar. REPORT.AZ/ Parisə yaraşıq verən Eyfel qülləsi 2017-ci ildə 6,2 mln nəfərdən çox ziyarətçini qəbul edib.
Digər ölkələr
30 Yanvar , 2018 20:10
Yaxın zamanda Eyfel qülləsində əsaslı dəyişikliklər gözlənilir

Bakı. 30 yanvar. REPORT.AZ/ Parisə yaraşıq verən Eyfel qülləsi 2017-ci ildə 6,2 mln nəfərdən çox ziyarətçini qəbul edib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, 2016-cı illə müqayisədə 5,6% çoxdur.

Qeyd edək ki, 2016-cı ildə Qülləni 5 841 026 nəfər ziyarət edib.

SETE-nin rəhbəri Ann Yannikin sözlərinə görə, yaxın illər ərzində Eyfel qülləsini əsaslı dəyişikliklər gözləyir: "Mərc edə bilərəm ki, Eyfel qülləsini yeni görkəmdə seyr etmək istəyənlərin sayı daha çox olacaq".

Son xəbərlər

Orphus sistemi