Tramp: "Yaxın mənzilli raketlərin sınağı ABŞ və KXDR arasında etibarı pozmur"

Tramp: "Yaxın mənzilli raketlərin sınağı ABŞ və KXDR arasında etibarı pozmur" ABŞ Prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının yaxın mənzilli raketləri işə salmasını ölkələrin arasındakı etibarı pozması hesab etmir.
Digər ölkələr
11 May , 2019 05:09
Tramp: Yaxın mənzilli raketlərin sınağı ABŞ və KXDR arasında etibarı pozmur

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının yaxın mənzilli raketləri işə salmasını ölkələrin arasındakı etibarı pozması hesab etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri "Politico" qəzetinə müsahibəsində bildirib.

"Raketlər yaxın mənzilli idi, buna görə mən bunu etibarın pozulması kimi qiymətləndirmirəm", - deyə o bildirib.

Trampın sözlərinə görə, hansısa bir anda o, yenə də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla dostluq münasibətlərinə inamı itirə bilər. "Mümkündür ki, bu, hansısa bir anda ola bilər, amma indi yox", - deyə o əlavə edib.

Daha əvvəl ABŞ prezidenti qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası hakimiyyəti Amerika tərəfi ilə danışıqlar aparmaq istəyir. Amma onun fikrincə, onlar buna hazır deyillər.

Qeyd edək ki, Şimali Koreya Yapon dənizində raket sınaqdan keçirib. 

Son xəbərlər

Orphus sistemi