Yaxın gələcəkdə zəngin ölkələrdə yaşlı insanların sayı uşaqların sayından iki dəfə artıq olacaq

Yaxın gələcəkdə zəngin ölkələrdə yaşlı insanların sayı uşaqların sayından iki dəfə artıq olacaq Oktyabr ayının 1-də Beynəlxalq Ahıllar Günü qeyd olunur
Digər ölkələr
1 Oktyabr , 2014 10:09
Yaxın gələcəkdə zəngin ölkələrdə yaşlı insanların sayı uşaqların sayından iki dəfə artıq olacaq

Bakı. 1 oktyabr. REPORT.AZ/ Hesablamalara görə, 2050-ci ildə  zəngin ölkələrdə yaşlı insanların sayı uşaqların sayından iki dəfə artıq olacaq, inkişaf edən ölkələrdə isə onların sayı  iki dəfə artacaq. "Report" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Munun 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə etdiyi müraciətində deyilir. 

"Bu tendensiya ölkələr və onların vətəndaşları üçün ciddi nəticələrə gətirib çıxaracaq" - deyə, Pan Gi Mun xəbərdar edib. O, ölkələri demoqrafik xarakterin bu dəyişikliklərini nəzərə almağa və nəsillərin sosial inteqrasiyası və yardımlaşmasına kömək edəcək yeni strategiyalar hazırlamağa çağırıb.

Bir gün əvvəl Beynəlxalq Əmək Təşkilatı (BƏT) bildirib ki, dünyada ahıl insanların yarısı təqaüd almır, bir qisminin isə aldığı təqaüd məbləği olduqca aşağıdır.

Son xəbərlər

Orphus sistemi