​Yasir Ərəfatı zəhərləməkdə şübhəli bilinən şəxs müəyyən edilib

​Yasir Ərəfatı zəhərləməkdə şübhəli bilinən şəxs müəyyən edilib Tavfik Tiravi: "İstintaq orqanları təhqiqat nəticələrinin yoxlanması başa çatmayınca şübhəlinin adını açıqlaya bilmir"
Digər ölkələr
12 Fevral , 2015 00:15
​Yasir Ərəfatı zəhərləməkdə şübhəli bilinən şəxs müəyyən edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Təhqiqatçılar 2004-cü ildə dünyasını dəyişmiş Fələstin lideri Yasir Ərəfatın zəhərlənməsində şübhəli bilinən şəxsin kimliyini müəyyən edə biliblər.

"Report" xəbər verir ki, bu barədə Fələstin Təhqiqat Komissiyasının rəhbəri Tavfik Tiraviyə istinadən "The Jerusalem Post" qəzeti yazıb.

"Yasir Ərəfatın ölümünə görə İsrail məsuliyyət daşıyır, lakin biz bu işdə birbaşa iştirak edən şəxsi axtarırıq", - deyə o bildirib.

Tiravinin sözlərinə görə, istintaq orqanları təhqiqat nəticələrinin yoxlanması prosesi başa çatmayınca şübhəli şəxsin adını açıqlaya bilmir.

Rəsmi versiyaya görə, Ərəfat 2004-cü ildə Fransada geniş insultdan keçinib.

Son xəbərlər

Orphus sistemi