Bakı. 17 sentyabr. REPORT.AZ/ Suriyanın Homs şəhərinin şimalının yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 7 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Suriya ordusunun nümayəndəsi məlumat yayıb.
"Ötən gün gecə saatlarından səhərə qədər Homs şəhərinin şimal dairəsində yerləşən Tesnin, Tayr-Maala, Kafer-Nan, Kormos, Teyb-Qarbiyə yaşayış məntəqələri, həmçinin Alyə-Basi və Bayəza məhəllələri ərazisində yerləşən hökumət qüvvələri və dinc əhali atıcı silahlardan, minaatanlardan və yaylım atəşi sistemlərindən atəşə tutulub. Yeddi nəfər ölüb, 14 nəfər yaralanıb", — deyə suriyalı zabit keçirdiyi brifinqdə bildirib.
Suriya hərbçiləri tərəfindən cavab atəşi açılmayıb.
"Mənə tabe olan qoşun bundan sonra da Suriya rəhbərliyinin hərbi əməliyyatların dayandırılması rejiminin şərtlərinə dair göstərişlərinə sözsüz riayət edəcək", - deyə o bildirib.