Yaraqlılardan ibarət ilk qrup Dəməşqin cənub-qərb ətrafını tərk edib

Yaraqlılardan ibarət ilk qrup Dəməşqin cənub-qərb ətrafını tərk edib Onların bir qismi amnistiyadan yararlanaraq hökumətə təslim olub
Digər ölkələr
27 Avqust , 2016 02:10
Yaraqlılardan ibarət ilk qrup Dəməşqin cənub-qərb ətrafını tərk edib

Bakı. 27 avqust. REPORT.AZ/ Suriyada silahlı müxalifət yaraqlılarının çıxarılması üzrə ilk əməliyyat cümə günü Daraedə – Dəməşqin cənub-qərb ətrafında həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.

Lokal barışıq haqqında sazişə uyğun olaraq, bu rayonu ailələri ilə birlikdə quldur dəstələrinin 270 üzvü tərk edib.

Onların hamısı avtobuslarda Suriyanın şimal-qərbində yerləşən və hazırda yaraqlıların nəzarətində olan İdlib şəhərinə yola düşüb.

Yaraqlıların bir qismi amnistiyadan yararlanaraq Suriya qoşunlarına təslim olub.

Son xəbərlər

Orphus sistemi