Yuxarı

Yaponiyaya güclü qar yağıb

Tottori prefektirasının bəzi ərazilərində səhər saatlarında 20 sm-dək qar düşüb

Bakı. 10 fevral. REPORT.AZ/ Yaponiyanın qərbində yerləşən Tottori prefektirasına güclü qar yağıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, nəticədə Kurayoşi şəhərində azı 1400 ev işıqsız qalıb.

Güclü qar elektrik xətlərinin sıradan çıxarmasına səbəb olub.

Sinoptiklərin məlumatına görə, Tottori prefektirasının bəzi ərazilərində səhər saatlarında 20 sm-dək qar düşüb. Kurayoşi şəhər administrasiyası sakinlərə yağıntının sabah axşam saatlarına qədər davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Prefekturanın bəzi bölgələrində məktəblərdə dərslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

Əlverişsiz hava şəraiti dəmir yol nəqliyyatının hərəkətini pozub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi