Yaponiyanın yeni XİN başçısı məlum olub

Yaponiyanın yeni XİN başçısı məlum olub Yaponiyanın keçmiş müdafiə naziri Esimasa Xayasi ölkənin yeni xarici işlər naziri təyin olunub.
Digər ölkələr
10 noyabr 2021 08:56
Yaponiyanın yeni XİN başçısı məlum olub
Esimasa Xayasi

Yaponiyanın keçmiş müdafiə naziri Yosimasa Hayasi ölkənin yeni xarici işlər naziri təyin olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yaponiya hökumətinin baş katibi Xirokadzu Masuna noyabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Fumio Kişida hökumətində xarici işlər naziri postuna əvvəllər müdafiə, elm və təhsil, kənd təsərrüfatı naziri olmuş Yosimasa Hayasi təyin olunub.

Məlumata görə, 60 yaşlı siyasətçi 2008-ci ildə Yasuo Fukuda hökumətində müdafiə naziri, Abe kabinetində isə kənd, meşə və balıqçılıq təsərrüfatları naziri, 2017-2018-ci illərdə təhsil və elm naziri olub.

Son xəbərlər

Orphus sistemi