Yaponiyanın yeni imperatorunun taxt-taca çıxacağı tarix açıqlanıb

Yaponiyanın yeni imperatorunun taxt-taca çıxacağı tarix açıqlanıb Yeni şahzadənin 56 yaşı var
Digər ölkələr
10 Yanvar , 2017 10:04
Yaponiyanın yeni imperatorunun taxt-taca çıxacağı tarix açıqlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Yaponiyanın yeni imperatoru 2019-cu il yanvarın 1-də taxt-taca çıxacaq.

“Report” Yaponiyanın “Sankey” qəzetinə istinadən xəbər verir ki, bu ilin mayında məsələ ilə bağlı yeni qanun layihəsinin parlamentə təqdim olunması planlaşdırılıb.

Qəzet yazıb ki, hazırda 83 yaşı olan imperator Akixito bir müddət əvvəl taxt-tacdan getmək istədiyinə eyham vurub. O, 2016-cı ilin avqustunda Yaponiya xalqına müraciət edərək, taxt-tacdan getmək istədiyini bildirmişdi. Akixitonun yerinə 1960-cı il fevralın 23-də anadan olan böyük oğlu Naruxitonun gələcəyi gözlənilir.

İmperator Akixitonun Naruxito və Akisino adlı iki oğlu, Sayko Kurdo adlı bir qızı var.

Son xəbərlər

Orphus sistemi