Yaponiyanın XİN başçısı gələn həftə Türkiyəyə səfər edəcək

Yaponiyanın XİN başçısı gələn həftə Türkiyəyə səfər edəcək Yaponiya xarici işlər naziri Yosimasa Hayasi gələn həftə Türkiyəyə gedəcək
Digər ölkələr
14 Mart , 2022 11:01
Yaponiyanın XİN başçısı gələn həftə Türkiyəyə səfər edəcək

Yaponiya xarici işlər naziri Yosimasa Hayasi gələn həftə Türkiyəyə səfər edəcək.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətindən bildirilib.

Y.Hayasi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Tərəflər Ukraynadakı durumu və digər regional məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Y.Hayasi gələn həftə həm də BƏƏ-yə səfər edəcək.

Son xəbərlər

Orphus sistemi