Yaponiyanın qərb sahilində təxminən 85 ton ölü balıq aşkarlanıb

Yaponiyanın qərb sahilində təxminən 85 ton ölü balıq aşkarlanıb Yaponiyanın qərbindəki Şima liman şəhərinin sahilində ən azı 85 ton ölü balıq aşkarlanıb.
Digər ölkələr
15 Dekabr , 2023 05:19
Yaponiyanın qərb sahilində təxminən 85 ton ölü balıq aşkarlanıb

Yaponiyanın qərbindəki Şima liman şəhərinin sahilində ən azı 85 ton ölü balıq aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının fikrincə, balıqlar daha böyük yırtıcının təqibindən xilas olmaq üçün limana daxil ola biliblər, bundan sonra onlar suda oksigen konsentrasiyasının azalması səbəbindən oradan çıxa bilməyiblər və ölüblər.

Bundan əlavə, sahildən kənar su zonasında toksinləri balıqların ölümünə səbəb ola biləcək zəhərli planktonun olması aşkar edilməyib.

Dekabrın 8-də analoji hadisə Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının sahillərində baş verib. Yerli balıqçılıq assosiasiyası oxşar hadisələrin əvvəllər də baş verdiyini qeyd etsə də, bu dəfə hadisənin miqyasının daha geniş olduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi