Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib.
Digər ölkələr
24 May , 2023 08:45
Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Fumio Kisida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib.

“Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planı yoxdur”, - o vurğulayıb.

Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin indiyə qədər heç bir qərar qəbul edilməyib.

Son xəbərlər

Orphus sistemi