Bakı. 26 sentyabr. REPORT.AZ/ Şimali Koreya ətrafında yaranmış vəziyyətin kəskinləşməsi ilə əlaqədar Yaponiyanın müdafiə naziri İtsunori Onodereyə ölkə paytaxt Tokionu tərk etməmək əmri verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti baş nazir Sindzo Abenin bu haqda əmr imzaladığını bildirib.
İnformasiyaya əsasən, oktyabrın 22-də keçiriləcək nöbbədənkənar parlament seçkiləri ilə əlaqədar müdafiə naziri Tokiodan kənarda olub. Ona görə də baş nazir onun ölkə paytaxtından çıxmamasına dair əmr verib.
“Təhlükəsizliyin təmin olunması baxımından seçki kompaniyası çox ciddi mərhələdir. Hökumət başçısı mənə paytaxtda qalmağım və Yaponiyanın müdafiə problemləri ilə məşğul olmağım barədə göstəriş verib. Belə bir tapşırıq nazirlər kabinetinin baş katibi Yosixide Suqaya da (hökumətdə ikinici şəxs - “Report”) verilib”,- deyə müdafiə naziri vurğulayıb.