Yaponiyanın Kuril üzrə yeni naziri: "Ada ilə bağlı problem barədə az məlumatım var"

Yaponiyanın Kuril üzrə yeni naziri: "Ada ilə bağlı problem barədə az məlumatım var" Tetsuma Esaki: “Problemlə daha yaxından tanış olmağım vacibdir”
Digər ölkələr
7 Avqust , 2017 10:53
Yaponiyanın Kuril üzrə yeni naziri: Ada ilə bağlı problem barədə az məlumatım var

Bakı. 7 avqust. REPORT.AZ/ Yaponiyanın Okinava və “şimal ərazilərinə” aid məsələlər üzrə (Yaponiyada Rusiyaya aid Kuril adalarını belə adlandırırlar) yeni naziri Tetsuma Esaki bu ərazi ilə bağlı problemin dərinliklərinə bələd olmadığını bildirib. 

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu seçildiyi Aiti perfektirasındakı seçki dairəsində jurnalistlərə açıqlamasında deyib.

“Bu məsələni yaxşı bilmirəm. Problemlə daha yaxından tanış olmağım vacibdir”, - deyən nazir başçılıq etdiyi qurumun məsələ ilə bağlı parlamentdəki müzakirələrə daha əhatəli hazırlaşmasının vacibliyinin vurğulayıb.

Qeyd edək ki, Yaponiya Rusiyanın nəzarəti altında olan Kuril adalarına (İturup, Kunaşir, Şikotan, Habomai) iddia edir.

Son xəbərlər

Orphus sistemi