Bakı. 14 aprel. REPORT.AZ/ Tokio Prokurorluğu Yaponiyanın Hərbi Hava Qüvvələrinin keçmiş qərargah rəhbəri Tosio Tomoqamini həbs edib.
"Report"un məlumatına görə, o, paytaxt qubernatoru vəzifəsinə keçirilmiş seçkilərdən sonra komandasının üzvlərinə qanunsuz pul ödəmələrində şübhəli bilinir.
Tomoqami 2014-cü ildə Tokioda keçirilmiş qubernator seçkilərində iştirak edib. Lakin məğlub olub.
"Kiodo" xəbər agentliyinin məlumatına görə, keçmiş hərbi qulluqçu Tokionun qubernator seçkilərində məğlubiyyətindən sonra öz komandasının üzvlərinə qeyri-leqal pul mükafatlarını ödəmək barədə göstəriş verib. Bu, Yaponiyada qüvvədə olan seçki qanunvericiliyinin pozulmasıdır.
Tomoqami ona qarşı irəli sürülmüş ittihamları rədd edib.