Yaponiyanın hakim partiyası parlamentdəki yerlərin yarısından çoxunu əldə edib

Yaponiyanın hakim partiyası parlamentdəki yerlərin yarısından çoxunu əldə edib Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) iyulun 10-da parlamentin yuxarı palatasına keçirilən seçkilərdə 125 yerdən 63-nü qazanıb
Digər ölkələr
11 iyul 2022 01:02
Yaponiyanın hakim partiyası parlamentdəki yerlərin yarısından çoxunu əldə edib

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) iyulun 10-da parlamentin yuxarı palatasına keçirilən seçkilərdə 125 yerdən 63-nü qazanıb.

“Report” xəbər verir ki, bu, prefektura seçki komissiyalarının icmal məlumatlarında öz əksini tapıb.

LDP-nin hakim koalisiyadakı tərəfdaşı olan Komeyto partiyası parlamentdə 13 yer qazanıb. Müxalif qüvvələri arasında ən yaxşı nəticəni 17 mandat alan Konstitusiya-Demokrat Partiyası göstərib. Ondan sonra Yaponiya Yeniləmə Cəmiyyəti (12 yer) gəlir. Qalan partiyalar isə 5-dək yer qazanıblar.

İyulun 10-da komissiyaların yekun məlumatları LDP və Komeytodan ibarət hakim koalisiyanın yuxarı palatadakı yerlərin əksəriyyətini saxladığını nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi