Yaponiyanın ən güclü AES-i fəaliyyətini dayandırıb

Yaponiyanın ən güclü AES-i fəaliyyətini dayandırıb Stansiyada təhlükəsizliklə bağlı bəzi pozuntular aşkarlanıb
Digər ölkələr
14 Aprel , 2021 13:08
Yaponiyanın ən güclü AES-i fəaliyyətini dayandırıb

Yaponiyada “Kasivadzaki-Kariva” Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti dayandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Atom Energetikasına Nəzarət üzrə Dövlət Komitəsi qərar qəbul edib.

Məlumata görə, stansiyada təhlükəsizliklə bağlı bəzi pozuntular aşkarlanıb. Belə ki, AES terrorçuların ehtimal olunan hücumundan kifayət qədər qorunmayıb. Stansiyanın sahibi “Tokyo Electric Power” energetika şirkətidir. O, “Kasivadzaki-Kariva” AES-in reaktorlarına nüvə yanacağı yükləyir.

Bildirilib ki, bu tədbir Yaponiya tarixində ilk dəfədir görülür. “Kasivadzaki-Kariva” ölkənin ən güclü Atom Elektrik Stansiyası sayılır.

Son xəbərlər

Orphus sistemi