Yaponiyanın cənub-qərbində itkin düşmüş 22 nəfərin axtarışına başlanılıb

Yaponiyanın cənub-qərbində itkin düşmüş 22 nəfərin axtarışına başlanılıb Fukuoka və Oita prefekturalarında 25 nəfərin ölməsi rəsmi şəkildə təsdiqlənib
Digər ölkələr
12 İyul , 2017 07:11
Yaponiyanın cənub-qərbində itkin düşmüş 22 nəfərin axtarışına başlanılıb
Novorosinform.org

Bakı. 12 iyul. REPORT.AZ/ Yaponiyanın özünümüdafiə qüvvələrinin 2000-ə yaxın əməkdaşı ölkənin cənub-qərbində leysan yağışların səbəb olduğu daşqın və sel nəticəsində itkin düşmüş 22 nəfərin axtarışını həyata keçirir.

"Report"un məlumatına görə, bu barədə "Nippon Television Network" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, Fukuoka və Oita prefekturalarında 25 nəfərin ölməsi rəsmi şəkildə təsdiqlənib. Bununla yanaşı, daha 22 nəfər itkin düşmüş sayılır.

İtkin düşmüş şəxslərin axtarışına 2000 hərbçi, polis və yanğınsöndürən cəlb edilib.  

Son xəbərlər

Orphus sistemi