Yaponiyanın Baş naziri Volodimir Zelenski ilə telefon danışığı aparacaq

Yaponiyanın Baş naziri Volodimir Zelenski ilə telefon danışığı aparacaq Yaponiyanın Baş naziri Fumio Kisida çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.
Digər ölkələr
15 fevral 2022 04:04
Yaponiyanın Baş naziri Volodimir Zelenski ilə telefon danışığı aparacaq
Fumio Kisida

Yaponiyanın Baş naziri Fumio Kisida çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Fuji TV telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kisida Ukraynada qalan Yaponiya vətəndaşlarının təhlükəsizliyi məsələsinə toxunmaq və bu ölkə ətrafında yaranmış böhranın diplomatik yolla həlli yolları barədə fikir mübadiləsi aparmaq niyyətindədir.

Çərşənbə axşamı Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi bildirib ki, rəsmi Tokio Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə nizamlanması səylərini dəstəkləyir, lakin vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etmir. Lakin o, belə tədbirlərin konkret məzmununu açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi