Yaponiyanın Baş naziri Şimali Koreya lideri ilə görüşmək istəyir

Yaponiyanın Baş naziri Şimali Koreya lideri ilə görüşmək istəyir Bakı. 24 oktyabr. REPORT.AZ/ Yaponiyanın Baş naziri Sindzo Abe Şimali Koreya rəhbəri Kim Çen Inla şəxsən görüşmək və Pxenyanla münasibətləri normallaşdırmaq niyyətindədir.
Digər ölkələr
24 Oktyabr , 2018 10:32
Yaponiyanın Baş naziri Şimali Koreya lideri ilə görüşmək istəyir
AP Photo/Eugene Hoshiko
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Yaponiyanın Baş naziri Sindzo Abe Şimali Koreya rəhbəri Kim Çen Inla şəxsən görüşmək və Pxenyanla münasibətləri normallaşdırmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu hökumət başçısı oktyabrın 24-də Yaponiya parlamentinin sessiyasının açılış mərasimindəki çıxşında bildirib.

O, ABŞ Prezidenti Donald Trampla Şimali Koreya liderinin Sinqapurda keçirilmiş görüşünü “tarixi sammit” adlandırıb: “Belə bir şəraitdə Koreya Əmək Partiyasının sədri Kim Çen Inla şəxsən görüşməyim lazımdır. Oğurlanmış Yaponiya vətəndaşlarının problemini bir gün tez həll etmək üçün heç bir fürsəti əldən verməməliyəm. Qarşılıqlı etimad yaradıldıqdan sonra raket-nüvə problemini tənzimləməyə çalışacağam. Bu münasibətləri Şimali Koreya ilə dövlətlərarası əlaqələrin normallaşaması səviyyəsinə çatdırmaq lazımdır”.

Qeyd edək ki, rəsmi Tokio 1970-1980-ci illərdə oğrulanmış Yaponiya vətəndaşlarının Şimali Koreyada olduğundan əmindir. Yaponiya faktiki olaraq, Şimali Koreya ilə bütün iqtisadi əməkdaşlığı kəsib. 

Son xəbərlər

Orphus sistemi