Yaponiyanın baş naziri Rusiya və Monqolustan prezidentləri arasında cüdo qarşılaşması keçirilməsini təklif edib

Yaponiyanın baş naziri Rusiya və Monqolustan prezidentləri arasında cüdo qarşılaşması keçirilməsini təklif edib Sindzo Abe: "Mənim qara kəmərim yoxdur və zədə almaq istəmirəm"
Digər ölkələr
7 Sentyabr , 2017 15:13
Yaponiyanın baş naziri Rusiya və Monqolustan prezidentləri arasında cüdo qarşılaşması keçirilməsini təklif edib
ТАСС/ Владимир Смирнов

Bakı. 7 sentyabr. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe Dünya İqtisadi Forumunun plenar sessiyasında cüdo üzrə qara kəmərə sahib Rusiya və Monqolustan prezidentlərini Yaponiyaya dəvət edib və onların ifasında qarşılaşma təşkil etməyi irəli sürüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, baş nazir zalda iştirak edən Olimpiya Oyunlarının cüdo yarışları üzrə qızıl medalçısı Yasuhiro Yamasitoya müraciətində bu fikri səslənidirb.

"Rusiya prezidenti Vladimir Putinin cüdo üzrə qara kəməri var. Monqolustan prezidenti Haltmaagiyn Battulganın da həmçinin. Bəlkə, Yaponiya Cüdo Federasiyasının xətti ilə onları Yaponiyaya dəvət edib qarşılaşmalarını təşkil edəsiniz...", - S.Abe vurğulayıb.

Yaponiyanın hökumət başçısı zarafatından qalmayaraq qara kəmərinin olmadığını və zədə almaq istəmədiyini, ona görə də bu görüşü kənardan sakitcə izləməyə üstünlük verəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi