Yaponiyanın Baş naziri Sindzo Abe koronavirus pandemiyası ilə əlaqədar iyunun 24-də Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu iyunun 19-da Yaponiya Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin müşaviri Xideki Uyama bildirib.
“Koronavirusla bağlı vəziyyət nəzərə alınaraq baş nazir Abe mərasimdə iştirak etməyəcək”, - müşavir vurğulayıb.
Qeyd edək ki, iyunun 24-də Moskvada Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünə həsr edilən hərbi parad keçiriləcək.