Yaponiyanın baş naziri ABŞ prezidenti ilə görüşəcək

Yaponiyanın baş naziri ABŞ prezidenti ilə görüşəcək Yaponiya və ABŞ hakimiyyətləri aprelin 9-da baş nazir Yosihide Suqa və prezident Cozef Baydenin görüşünün uyğunlaşdırılmasına başlayıb
Digər ölkələr
30 Mart , 2021 08:31
Yaponiyanın baş naziri ABŞ prezidenti ilə görüşəcək
Yosihide Suqa və Cozef Bayden

Yaponiya və ABŞ hakimiyyətləri aprelin 9-da baş nazir Yosihide Suqa və prezident Cozef Baydenin görüşünün uyğunlaşdırılmasına başlayıb.

“Report”un məlumatına görə, bu barədə “Kyodo” agentliyi bildirib.

Agentliyin məlumatına görə, aprelin 8-də Suqanın ABŞ-a səfəri başlayacaq. Səfər dörd gün davam edəcək.

Gözlənildiyi kimi, Yaponiyanın baş naziri Cozef Baydenin şəxsi görüş keçirəcəyi ilk xarici lider olacaq.

Suqa səfərdən əvvəl koronavirusdan peyvənd ediləcək. Tərəfin danışıqların gedişatında Çini, Koreya Xalq Demokratik Respublikasını, iqlim dəyişikliyini və ikitərəfli strateji ittifaq məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Son xəbərlər

Orphus sistemi