Bakı. 19 iyun. REPORT.AZ/ Yaponiyada zəlzələdən sonra yeraltı təkanlar qeydə alınıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Osaka prefekturasında baş vermiş güclü zəlzələdən sonra 26 yeraltı təkan qeydə alınıb.
Onlardan 4-ü Yaponiyada qəbul edilmiş 7 bal üzrə qiymətləndirilir. Meteoroloqlar bu ərazidə həftə ərzində güclü yeraltı təkanların olacağı barədə xəbərdarlıq ediblər. Xüsusən 2-3 gün ərzində güclü təkanların olması ehtimalı yüksəkdir.