​Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

​Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb Xəstəxanalara 200-ə yaxın yaralı daxil olub
Digər ölkələr
15 Aprel , 2016 01:17
​Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Bakı. 15 aprel. REPORT.AZ/ Cümə axşamı Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi yazıb.

Bundan əvvəl ölənlərin 3 nəfər olduğu bildirilirdi. Yerli xəstəxanalara 200-ə yaxın yaralı daxil olub.

"Hazırda ölənlərin sayı 9 nəfər təşkil edir", — deyə Təbii Fəlakətlərlə Mübarizə Xidmətinin nümayəndəsi agentliyə bildirib.

Rixter cədvəli ilə 6,5 gücündə zəlzələ ölkənin Küsü adasında qeydə alınıb. Onun episentri Kumamoto şəhəri yaxınlığına düşüb.

Son xəbərlər

Orphus sistemi