Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb Bakı. 8 sentyabr. REPORT.AZ/ Yaponiyanın Hokkaydo adasında sentyabrın 5-dən 6-na keçən gecə baş vermiş 6,7 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb, 13 nəfər itkin düşmüş hesab edilir.
Digər ölkələr
8 Sentyabr , 2018 07:55
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Yaponiyanın Hokkaydo adasında sentyabrın 5-dən 6-na keçən gecə baş vermiş 6,7 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb, 13 nəfər itkin düşmüş hesab edilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü ölkənin Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda bizdə 21 nəfərin öldüyü haqqında məlumat var, həmçinin 6 nəfər kliniki ölüm vəziyyətindədir, daha 13 nəfər də itkin düşüb", - deyə o bildirib.

Bundan əvvəl ölənlərin 17 nəfər olduğu məlum idi.

Suqinin sözlərinə görə, zəlzələnin fəsadlarının aradan qaldırılmasında 40 min xilasedici, polis və özünümüdafiə qüvvələrinin döyüşçüləri iştirak edir.

Həmçinin əməliyyatlara 75 vertolyot cəlb olunub.

Son xəbərlər

Orphus sistemi