Yaponiyada zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb

Yaponiyada zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb Yüksək dalğa Senday limanı ərazisində müşahidə olunub
Digər ölkələr
22 Noyabr , 2016 03:46
Yaponiyada zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Yaponiyanın şərqində baş verən zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, belə yüksək dalğa Miyaqi perfekturası sahilində yerləşən Senday limanı ərazisində müşahidə olunub.

Çərşənbə axşamı səhərə yaxın Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tokioda da hiss olunub. Bəzi sahilyanı perfekturalarda sunami təhlükəsi səbəbindən əhali təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi