Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var

Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var Gəminin göyərtəsindəki 5 nəfər itkin düşüb
Digər ölkələr
22 avqust 2017 00:42
Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var

Bakı. 22 avqust. REPORT.AZ/ Yaponiyanın Naqasaki prefekturasının suları ərazisində yük gəmisinin batması nəticəsində 5 nəfər itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə "NHK" telekanalı xəbər verib.

Bildirilir ki, 100 tonluq "Aoi-maru" yük gəmisi Küsü və Hirado adalarını birləşdirən Hirado körpüsündən 4 kilometr məsafədə batıb.

Ekipaj üzvlərindən biri yaxınlıqdakı gəmi tərəfindən xilas edilib. Onun sözlərindən məlum olub ki, yük gəmisinin - barjanın göyərtəsində daha 5 nəfər olub. Onların sonrakı taleyi müəmmalıdır.

Yaponiyanın Dənizdə Təhlükəsizlik Xidməti axtarışlar aparır və qəzanın səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi