Yaponiyada yoluxma sayı rekord həddə çatıb

Yaponiyada yoluxma sayı rekord həddə çatıb Yaponiyada yeni növ koronavirusa yoluxma hadisələrinin sayı ardıcıl dörd gündür ki, rekord həddi keçir. Son sutkada 12 342 nəfər COVID-19 infeksiyasına yoluxub
Digər ölkələr
200
31 İyul , 2021 21:16
Yaponiyada yoluxma sayı rekord həddə çatıb

Yaponiyada yeni növ koronavirusa yoluxma hadisələrinin sayı ardıcıl dörd gündür ki, rekord həddi keçir. Son sutkada 12 342 nəfər COVID-19 infeksiyasına yoluxub

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Belə ki, çərşənbə günü 9 576, cümə axşamı 10 699, cümə günü isə 10 743 nəfər virusa yoluxub.

Son 24 saat ərzində paytaxt Tokioda da yoluxma rekord səviyyəyə qalxıb – 4 058 nəfər. Bu, gündəlik yoluxma sayına görə ən yüksək göstəricidir. Artıq üçüncü gündür ki, Tokioda fasiləsiz olaraq virusa yoluxanların sayı 3,8 min nəfəri ötür.

Yaponiya hökuməti epidemiya vəziyyətinin pisləşməsini delta ştammı ilə əlaqələndirib.

Son xəbərlər

Orphus sistemi