Yaponiyada yerli sakinin soyuducusundan 9 nəfərin meyiti aşkar edilib

Yaponiyada yerli sakinin soyuducusundan 9 nəfərin meyiti aşkar edilib Polis onun izinə intihar etmək istəyən 23 yaşlı qızın itkin düşməsindən sonra düşüb
Digər ölkələr
31 Oktyabr , 2017 06:55
Yaponiyada yerli sakinin soyuducusundan 9 nəfərin meyiti aşkar edilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Yaponiyada gənc sakinin mənzilində azı 9 nəfərin meyitinin qalıqları aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə istintaqın məlumatına əsasən "Kiodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşları meyit qalıqlarını mənzildə olan bir neçə soyuducu kamerada tapıb. Polis onun izinə intihar etmək istəyən 23 yaşlı qızın itkin düşməsindən sonra düşüb. O, itkin düşməmişdən əvvəl sosial şəbəkədə "həyatdan birgə köçmək üçün" özünə tərəfdaş axtardığını yazıb.

Evdən həmçinin qızın ev sahibi ilə danışdığı videoyazı tapılıb. İlkin fərziyyəyə görə, kişi hansısa "intihar edənlər klubu" vasitəsi ilə tapdığı insanları divan tutaraq öldürüb. O, saxlanılıb.

Son xəbərlər

Orphus sistemi