Bakı. 6 noyabr. REPORT.AZ/ Yaponiyada uşaq və yeniyetmələr arasında intihar səviyyəsi son 30 ildə ən yüksək göstəriciyə çatıb.
Bu barədə "Report" BBC-yə istinadən məlumat verir.
Yaponiyanın
İntiharların əksəriyyəti yeniyetmələrin 18 yaşına qədər təhsil aldığı məktəbin yuxarı sinif şagirdləri tərəfindən törədilir.
Gəlinən əsas nəticələrdən biri ondan ibarətdir ki, intiharların sayı sentyabrın 1-də tədris ilinin başlaması ilə kəskin şəkildə artır.
Amma digər tərəfdən, Yaponiyada intiharların ümumi sayı getdikcə azalır. 2003-cü ildə bu rəqəm 34,5 min nəfər idisə, 2017-ci ildə göstərici 21 minə qədər azalıb.